HEKAYE (Bir qış gecəsi.)







Stella valideynlərinə “gecəniz xeyrə qalsın” deyib otağına qalxdı.Stella meşənin yaxınlığında taladakı iki mərtəbəli taxta evdə yaşayırdı.Yaxınlığda ev yox idi.Bu o deməkdi ki, Stellanın qonşuları, oyun yoldaşları da yox idi.Tək qonşuları meşənin daimi sakinləri olan ağaclar, heyvanlar birdə bütün ömrünü bu meşənin qorunmasına həsr etmiş meşə gözətçisi.
Stealla otağına keçdi, şam yandırdı və meşəyə açılan pəncərədən ucsuz-bucaqsız qaranlığa baxdı.Bu gecə digərlərinə baxanda çox qaranlıq idi.Ayda gözə görünmürdü heçnə seçilib, ayırd edilmirdi.Amma Stella bu göz yoran qaranlıqda illərdir hər gün altında oynadığı çılpaq budaqları, qarın ağırlığından aşağı əyilmiş toz ağacını gördü.Ağaca yazığı gəldi.Bir-neçə saniyə keçdi.İçindəki hiss get-gedə onu boğmağa başladı.Stella səbəbini özüdə bilmədən ağlamağa başladı.Ağlamağ hönkürtüylə əvəz olundu.Öz hönkürtüsündən əlavə Stella başqa bir səsdə eşitdi.Valideynlərinin onun səsinə otağa gəldiklərini güman edərək dönüb arxasına baxdı.Heç kim yox idi.Stella az da olsa sakitləşmişdi.Səs birdə eşidildi.Bu dəfə Stellanın gözləri qorxu və həyacandan böyümüşdü.Səs gələn səmti dəqiqləşdirməyə çalışdı.Stella həmən anda yanılmaq istədi.Çünki səs meşədən gəlirdi.Amma Stella yanılmırdı, bu həqiqət idi, səs meşədən gəlirdi və danışan onun ən çox sevdiyi toz ağacı idi.Stella artıq ağlamırdı.Diqqətlə ağaca qulaq asırdı.Onun danışığını aydın eşidir sözlərini ayırd edə bilirdi.Ağac yorulmuş, ağrıdan budaqları sızlayırdı.Üstündə günlərdən bəri yağan və hələdə yağmaqda davam edən qar yığılmışdı.Yığılan qarın ağırlığına qoca və yorğun Toz ağacını daha da yorurdu.Ağac yorğundu, getdikcə səsi dahada zəiflədi, zəiflədi və nəhayətdə kəsildi.Stella onu çağırmağa başladı. Ağac cavab vermirdi.Stella qorxuya düşdü bəlkə ölüb onun ağacı?!

Tez pəncərənin yanından ayrıldı.Pilləkənləri həyacanla düşdü.“O ölür!” deyə qışqıraraq maral dərisi ilə örtülmüş qapıdan bayıra sıçradı.Valideynləri heç nə başa düşməmişdilər.Əvvəl atası ardınca anası Stellanın ardınca həyətə qaçdılar.Qaranlıqda evin arxa tərəfindən Stellanın uzaqlaşan səsi eşidilirdi.Qaranlıq olduğu üçün görünməsədə Stellanın getdikcə zəif eşidilən səsindən onun meşəyə sarı qaçdığını başa düşmək olurdu.Ata və ana Stellanın səsinin təqibində idilər.Nəhayət onlar Stellaya çatdılar.Stella meşənin başlanğıcından 10-15 metrlik məsafədə olan toz ağacını qucaqlayır, onu silkələməyə çalışırdı.Stella ağlamaqdan, soyuqdan, qaçmaqdan təngnəfəs olmuşdu və bu halda dedikləri tam aydın olmasada onun “ölmə”, “ölmə” deyən zəif və yazıq səsi ata və ananı tamam çaşdırmış və qorxutmuşdu.Çaşqınlıq içində olan ata və ana Stellaya baxır və hələdə heç nə başa düşmürdülər.Ata Stellanı qucaqlamağa sakit etməyə çalışsada Stella əvvəlki vəziyyətdə qışqırır, ağlamağa davam edirdi.Bir neçə dəqiqədən sonra Stella huşunu itirdi və ay işığı altında parlayan qarın üstünə düşdü.Ata-ana heç nə başa düşməsələrdə Stellanı cəld yerdən qaldırdılar.Evə gətirdilər.Evdən hövləng çıxdıqları üçün onlarda ayaqqabı geyinməyi unutmuşdular.Paltarlarını dəyişib, Stellanı öz çarpayısında rahatladılar.Elə bu vaxt qapı döyüldü.Gələn onların daimi və tək qonaqları meşə gözətçisi idi.Meşə gözətçisi Stellanın səsini eşitmiş və gəlmişdi.Ata və ana əhvalatı ona danışdılar.Stella hərarət içindəydi və ardıcıl olaraq”mənim ağacım ölür” “mənimlədə də danışır” və bir neçə belə cümlələr təkrarlayırdı.

Meşə gözətçisi ananın təklif etdiyi süddən imtina etdi.O çox fikirli və gərgin görünürdü.Meşə gözətçisi payızda meşədən qarağat yığarkən Stellaya danışdığı hekayətləri xatırlayırdı.Stella hekayələrə diqqətlə qulaq asmış hətda mən həmişə təkcə insanların deyil bitkilərin, heyvanlarında danışdığını və bizim kimi hiss etdiklərini düşünürəm demişdi.Stellanın hərarəti azalmış, sakitləşib yatmışdı.Meşə gözətçisi sağollaşıb meşəyə qayıtdı.Valideynləri sobanın odununu artırıb yatmaq üçüm II mərtəbəyə Stellanın otağına yanaşı olan otağa qalxdılar.
Səhər hamidan tez Stella oyanmışdı.Oyanar-oyanmaz pəncərəyə yaxınlaşdı, pəncərəni açdı və bayıra baxdı.Hər yer, hər şey əvvəlki vəziyyətdə idi.Hər tərəf ağappaq qarla örtülmüşdü.Meşənin dərinliklərindən meşə toyuqlarının qaqqıltısı eşidilirdi.Qarğa və sağsağanlar ağacların budaqlarında yerə qonur və bununlada budaqları neçə gündən bəri kəsməyən qardan azda olsa təmizləyirdilər.Amma dəyişən tək bir şey vardı o da Stellanın toz ağacı idi.


Ağacın budaqlarında heç qar yox idi.Ağac çılpaq və darıxdırıcı görünürdü.Buna baxmayaraq Stella sevindi.Sakitcə gülümsədi.Stellanın təbəssümü gülüşlə əvəz olundu.O gülürdü həmdə çox ürəkdən.Stella gülürdü çünki o ağacının gözlərini, qulağını ağızını görürdü.O yanılmırdı ağacı danışırdı.O da ağır yükdən xilas olduğu üçün sevinirdi və gözləri gülürdü, Stellaya minnətdarlıq hissi ilə.Stellanın gülüşünə ata və ana oyanmış, qızlarını otağında ayaq üstə və gülən görmək onları sevindirmişdi.Stella gözünü ağacdan ayırmadan, “baxın ağacımı kimsə təmizləyib, kimsə onu yorğunluq gətirən qardan azad edib” dedi.



Atada pəncərəyə yaxınlaşaraq Stellanın çiyinlərindən tutdu və məğrur görünüşlü qoca toz ağacına baxdı.Baxdıqca keçmiş xatirələr canlandı gözündə.Stellanın uşaqlığı.Toz ağacına olan qeyri adi sevgisi.Balaca olarkən Stella gücü çatmasada suyu tökə-tökə gətirib toz ağacına çatdırardı.Hər gün eyni əziyyəti çəksədə, atası ona dönə-dönə meşə ağaclarının əllə sulanmadığını başa salsada o öz bildiyindən əl çəkməzdi.Hətta yelləncəyini toz ağacından asılsada bir dəfədə olsun orda yellənməmişdi ki, ağac mənim ağırlığımdan incinər.Ata beləcə Stellanın uşaqlığını xatırlayırdı ki, fikrini ağacın gövdəsindəki qaraltı cəlb etdi.Qaraltı tərpənmirdi, amma ağacın gövdəsinin kölgəsinədə oxşamırdı.Ata qaraltıya yaxından baxmaq qərarına gəldi.Ağacın arxasındakı kölgə bütün gecə ağacı qardan təmizləyən meşə gözətçisi idi.Yorğunluqdan elə ağacın gövdəsinəcə dayanıb oturmuşdu.Atanın köməkliyi ilə meşə gözətçisi evə gəldi.Stella ağacını təmizlədiyi üçün meşə gözətçisinə minnətdarlıq hissi ilə baxırdı.Meşə gözətçisinin də üzündə təbəssüm görünürdü.
                                                                            
                                                              TENHALIQ.TR.GG
                               
 
Bugün 1 ziyaretçikişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol